Koronavirusun sirri açılır – Bayden məxfi sənədləri açmaq göstərişi verdi

21-03-2023, 14:21           
Koronavirusun sirri açılır –
ABŞ Prezidenti Cozef Bayden martın 20-də COVID-19-un ortaya çıxması ilə bağlı məlumatlardan məxfilik qrifinin götürülməsi haqqında qanunu imzalayıb.

Pressklub.az xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

“Mən ABŞ Konqresinin koronavirus xəstəliyinin mənşəyi haqqında mümkün qədər çox məlumat ictimailəşdirmək məqsədini bölüşürəm”, – Amerika lideri qeyd edib.

Bayden hələ 2021-ci ildə kəşfiyyata COVID-19-un ortaya çıxmasını incələmək üçün bütün mövcud vasitələrdən istifadə etməyi əmr etdiyini söyləyib.

Buna görə də, siyasətçinin qeyd etdiyi kimi, Uhan Virusologiya İnstitutu ilə potensial əlaqələr də daxil olmaqla, COVID-19-un mənşəyi ilə bağlı bütün məxfi məlumatların yoxlanılması davam edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.