Milyarder xəstə olduğu üçün həyat yoldaşından boşanır - Məhkəməyə müraciət edib

23-03-2023, 08:04           
Milyarder xəstə olduğu üçün həyat yoldaşından boşanır -
79 yaşlı Volfqanq Porşe 74 yaşlı həyat yoldaşı Klaudiya ilə boşanmaq üçün məhkəməyə müraciət edib.
Sfera.az bildirir ki, məşhur avtomobil markasının təsisçilərinin ailə sülaləsindən olan milyarder yaşlı həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edərək, ayrılma səbəbini “demensiyaya bənzər xəstəlik” adlandırıb.

Qeyd edək ki, cütlük 2007-ci ildən birlikdədir. 2019-cu ildə evləniblər. Porsche ailəsinin sərvəti təxminən 18 milyard funt-sterlinq dəyərində qiymətləndirilir.

Klaudiya Porşenin psixi vəziyyəti kəskin şəkildə pisləşib ki, bu da ailəyə yaxın mənbələrin bildirdiyinə görə cütlüyün birgə həyatını qeyri-mümkün edib.
Alman mediası xəbər verir ki, ayrıldıqdan sonra Volfqanq son aylarda sevgilisi, 59 yaşlı Qabriela Princessin zu Leiningen ilə yaxınlaşıb.

Xatırladaq ki, milyarder Avstriyada anadan olub və 1930-cu ildə Ştutqartda idman avtomobil markasını quran Ferri Porşenin kiçik oğludur.

Baş direktor və Müşahidə Şurasının üzvü kimi o, “Porsche”nin inkişafında əsas rol oynayıb. Onun böyük qardaşı 1964-cü ildə ilk “Porsche 911”i dizayn etmiş Ferdinand Butzi Porschedir.

Volfqanq hazırda Avstriyanın Zell am See şəhərində yaşayır və dörd övladı var. Onlardan ikisi rejissor və ssenarist Suzan Bresserdəndir. Cütlük 1988-ci ildə evlənib, 2008-ci ildə boşanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.