Azərbaycan tərəfə keçən erməni necə gizləndiyini açıqladı

23-03-2023, 08:08           
Azərbaycan tərəfə keçən erməni necə gizləndiyini açıqladı
Ötən gün qatı duman səbəbindən yolunu azaraq, Azərbaycan ərazisinə keçən erməni əsgər Martiros Gülambaryan açıqlama verib.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, “24 Nyus”a (24News) təfərrüatı danışan Gülambaryan Akner kəndi yaxınlığında yerləşən erməni postuna “Kamaz” maşını ilə təchizat apararkən duman səbəbindən azdığını və Azərbaycan ərazisinə keçdiyini bildirib.

O bildirib ki, qarşıda Azərbaycan hərbçilərini görən kimi maşını saxlayaraq, düşüb və kiçik dərədə gizlənib. Duman onun görünməsini çətinləşdirib.

“Baxmayaraq ki, dron qaldırıldı, ancaq qar məni görünməz etdi. Mən bu yerləri tanıyıram, ona görə də maşını ataraq, öz tərəfimizə keçdim”.

O bildirib ki, maşın Azərbaycan ərazisində qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru