DÜNYADA NADİR - Domino orqan nəqli

23-03-2023, 08:54           
DÜNYADA NADİR -
Qaraciyər transplantasiyası növləri içində ən mürəkkəbi olan Domino orqan nəqli Türkiyənin Başkent xəstəxanasında həyata keçirilib.

Teref.Az xəbər verir ki, Ürdündən olan 11 yaşlı uşağa oksalisoz diaqnozu qoyulub. Ona donor olan anasından qaraciyər payı köçürülüb. Və eyni zamanda uşaqdan çıxarılan qaraciyər payı xərçəng xəstəsi olan, qaraciyər nəqli gözləyən 55 yaşlı kişi pasiyentə köçürülüb. Eyni mərkəzdə eyni anda baş verən bu tip əməliyyata Domino nəql deyilir.

Beləliklə, dünyada nadir əməliyyat Başkent xəstəxanasında professor transplantoloq Mehmet Haberal tərəfindən uğurla icra edildi.

Hər 3 pasiyentin vəziyyəti yaxşıdır.

Peşəkar komanda ilə mümkünsüz əməliyyat yoxdur.

Medicina.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru