İranın neft-qaz sektorunu “diriltməyə” 160 milyard dollar lazımdır – Baş direktor

27-03-2023, 11:09           
İranın neft-qaz sektorunu “diriltməyə” 160 milyard dollar lazımdır – Baş direktor
“İranın neft və qaz hasilatını 50% artırmaq üçün külli miqdarda pul lazımdır. Neft sektorunun 89 milyard dollara, qaz hasilatına isə 71 milyard dollar investisiya ehtiyacı var”.

Bunu İRNA-ya müsahibəsində İran Milli Neft Şirkətinin (NIOC) baş direktoru Möhsün Xocastepur deyib.

O, dünyanın 10 ən böyük neft yatağından biri olan “Azadəgan” neft yatağının işlənməsinin gündəmdə olduğunu bildirib.
Ətraflı

Xojastepurun sözlərinə görə, İranın 6 iri bankı və 6 kəşfiyyat-hasilat şirkəti ilə “Azadəgan” yatağından gündəlik neft hasilatının 200 min barreldən 570 min barrelə çatdırılması üçün 7 milyard dollar dəyərində anlaşma memorandumu imzalanıb.

Möhsün Xocastepur qeyd edib ki, neftə 89 milyard dollar sərmayə qoyulacağı təqdirdə neft hasilatı sutkada 5,7 milyon barrelə çatacaq, 71 milyard dollarlıq investisiya ilə isə qaz hasilat gücü 1,5 milyard kubmetrə qədər artırıla bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.