Bakı Baş Səhiyyə Mərkəzindən iki şirkətə 1 milyon manatlıq sifariş - TENDER NƏTİCƏSİ

27-03-2023, 16:44           
Bakı Baş Səhiyyə Mərkəzindən iki şirkətə 1 milyon manatlıq sifariş - TENDER NƏTİCƏSİ
Bakı Baş Səhiyyə Mərkəzi iki tenderə yekun vurub.

TEREF.AZ FED.az-a istinadla xəbər verir qalib şirkətlərdən biri "Vitta Elmi-Texniki" MMC-dir (VÖEN: 1000293781).

Həmin şirkət "Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-in tabeliyində olan tibb müəssisələri üçün tibbi cihazların satın alınması" tenderinin qalibi olub.

Şirkətlə 891 260 manat məbləğində müqavilə imzalanıb.

Digər qalib "Fortis Trading CO" MMC (VÖEN: 1805898911) şirkətidir..

Həmin şirkət isə “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə Barkod və kassa aparatı üçün çeklərin satın alınması” tenderinin qalibi seçilib.

Şirkətlə 194 806 manat məbləğində müqavilə imzalanıb.

İki tenderin ümumi dəyəri 1 086 066 manatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru