"Tərtər işi" üzrə ittiham olunan general Bəkir Orucovun məhkəməsinin vaxtı məlum olub

27-03-2023, 19:01           
"Tərtər işi" üzrə ittiham olunan general Bəkir Orucovun məhkəməsinin vaxtı məlum olub
“Tərtər işi” ilə bağlı ittiham olunan 5 nəfər - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi məhkəmənin vaxtı məlum olub.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası aprelin 5-nə təyin olunub.

İş üzrə məhkəmə prosesləri Sumqayıt Məhkəmə Kompleksində keçiriləcək.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.