Yerin orbitində insanların sayı rekord həddə çatdı - VİDEO

31-05-2023, 12:58           
Yerin orbitində insanların sayı rekord həddə çatdı - VİDEO
Çinin “Şençjou-16” kosmik gəmisinin orbitə buraxılması uğurlu olub. Hazırda Yerin orbitində rekord sayda insan - 17 nəfər var.

Bu barədə Çin İnsanlı Kosmik Uçuş Proqramı İdarəsi (CMSA) məlumat yayıb.

Qeyd edilir ki, “Shenzhou-16” kosmik gəmisi üç taykonavtdan (çinli kosmonavt) ibarət heyətlə mayın 30-da orbitə yollanıb. “Tiangong” orbital stansiyasında çinli kosmonavtları artıq üç həmyerlisi gözləyib (yeni gəminin gəlişindən qısa müddət sonra onların Yerə qayıtmaları planlaşdırılır).

Bundan əlavə, hazırda BKS-də Rusiyanın “Soyuz MS-23” kosmik gəmisinin 3 nəfər, ABŞ-nin “Crew Dragon” 4 nəfər və “Axiom Space AX-2”nin şəxsi missiyasının 4 nəfər ekipajı olmaqla 11 nəfər var.

Bundan əvvəlki rekord 2021-ci il sentyabrın 16-da qeydə alınıb. Həmin vaxt 14 nəfər eyni vaxtda orbitdə idi: BKS-də yeddi nəfər, “Shenzhou-16” kosmik gəmisində üç taykonavt və “Crew Dragon” kosmik gəmisində şəxsi missiyanın bir hissəsi kimi dörd amerikalı. Bundan əvvəl rekord 1995-ci ilin martında olub (eyni vaxtda 13 nəfər).

Mənbə: Lenta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.