Qazaxlı iş adamı güc strukturlarının reallıqlarını ifşa etdi - ARAŞDIRMA
18-05-2015, 09:36
Hacı İbrahimin qurbanlarından biri olan iş adamı Elşad Məmmədov “Avesta” konserniinə daxil olan “Həsən - 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat olan iki mənzil almasına baxmayaraq, mənzilinə sahib ola bilməyib. Məhkəmələrə müraciət edən iş adamı heç nəyə nail ola bilməyəcəyini anlayaraq, Hacı İbrahimin süqutunu gözləməyə başlamışdır.
4il haqqının bərpasını gözləyən Qazaxlı iş adamı Elşad Məmmədov yenidən mətbuatın gündəmini zəbt etdi
Qazaxlı iş adamı Elşad Məmmədov: "Etdiyim bütün müraciətlər cavabsız qaldığı üçün, təhdidlərə məruz qalaraq üç az yaşlı övladlarımla Azərbaycanı tərk etmək məcburiyyətində qaldım və ölkəni tərk etdim"
İş adamı təhdid olunduğunu deyir
Elşad Məmmədov özünün və ailəsinin təhlükəsizliyilə bağlı Ramil usubova müraciət etdi
“Bu qədər naziri, generalı olan ölkə Hacı İbrahim Nehrəmliylə bacarmır. Etdiyim bütün müraciətlər cavabsız qalıb, üç az yaşlı övladlarımla kirayədə qalıram. Məhkəmələr haqqımı bərpa etmir. Əlimdə ödədiyim pulların qəbzi, mənzillərin maliyyə arayışı var”
Qazaxlı iş adamı güc strukturlarının reallıqlarını ifşa etdi - ARAŞDIRMA
Qazaxlı iş adamı güc strukturlarının reallıqlarını ifşa etdi - ARAŞDIRMA
O, 2012-ci ilin fevralında “Avesta” konserninə məxsus “Həsən-96” MTK-dən 355 min manata iki mənzil alıb. Üstündən dörd ildən çox ötməsinə baxmayaraq Elşad Məmmədov mənzillərinə sahib dura bilmir. Çünki “Avesta”nın prezidenti Hacı İbrahim buna imkan vermir.
Elşad Məmmədov deyir ki, bu dörd il ərzində çəkmədiyi zülmlər qalmayıb: “Bütün pullarımı o iki mənzili almaq üçün ödədim. İndi evsizəm, üç azyaşlı övladımla ölkəni tərk etmişəm. Məhkəmələrə müraciət edirəm heç bir xeyri olmur, bütün dövlət qurumlara şikayət yazıram, kimsə mənim haqqımı qorumur. Əksinə, Hacı İbrahim müdafiə olunur. Hətta Respublikanın baş prokuroru Zakir Qaralovun qəbulunda oldum, o göstəriş verdi ki, problem həll ediləcək. Bunun da bir xeyri olmadı. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, şöbə müdiri Vüqar Əliyev, prokuror Nazir Quliyev mənim haqlı olduğumu deyib. Bir neçə dəfə Prezident Administrasiyasında getmişəm.
Qazaxlı iş adamı güc strukturlarının reallıqlarını ifşa etdi - ARAŞDIRMA
Orada da vəd verdilər. Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun iki dəfə qəbulunda olmuşan.
O mənə söz verdi ki, problemlə bağlı Prezident Administrasiyanın bölgə üzrə kuratoruna məlumat verəcək.
Qazaxlı iş adamı güc strukturlarının reallıqlarını ifşa etdi - ARAŞDIRMA
Bundan başqa Heydər Əliyev Fondunda da oldum. Mehriban Əliyevanın köməkçisi dedi ki, bizlik deyil. Bir sözlə hamı haqqımı tanıyır, ancaq yardımçı ola bilmirlər. Onlarla mətbuat konfransı keçirmişəm, yüzlərlə dövlət idarələrinə şikayət ərzilər yazmışam”.
Həyatının təhlükə altında olduğunu deyən iş adamı mətbuat vasitəsiylə Daxili işlər naziri Ramil Usubova müraciət edir: “Mənim və ailəmin təhlükəsizliyinə zamanət versinlər. Çünki dəfələrlə Hacı İbrahimin mühafizəçisi açıq nömrədən (070- 260-04-07) məni ölümlə, “Bandotdel”ə aparmaqla hədələyib”.
Elşad Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yenicə təyin olunan Mübariz Qurbanlıya da müraciət edib. O, komitə sədrindən xahiş edir ki, probleminə diqqət yetirsin: “Hacı İbrahim deyir ki, guya mən onun üçün iş görməli idim, bunu yerinə yetirməyib qaçmışam. Gah da deyir ki, Gürcüstana qaçmışam, nə bilim “Bandotdel”də etiraf etmişəm ki, heç kimin mənə borcu yoxdur. Bütün bu deyilənlər yalandı. Nə Hacı İbrahim üçün iş görmüşəm, nə gürcüstana qaçmışam, nə də “Bandotdel”ə aparılmışam. Ondan iki mənzil almışam, nə pulumu verir, nə də evlərimi. Hacı adam yalan danışmaz, insanlara şər atmaz”.
"Baş prokuror Hacı İbrahimlə bağlı ölçü götürə bilmirsə..."
“Hacı İbrahim Nehrəmli mətbuata ona pul atıldığını deyib. Burada məqsəd onun özünün aldatdığı insanların tələbini başqa istiqamətə yönəltməkdir”. Bu sözləri Mediaxeberleri.az-a “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli tərəfindən aldadılan vətəndaş Elşad Məmmədov deyib. O, bildirir ki, Hacı İbrahim məsələni başqa istiqamətə yönəltmək istəyib: “Zamanında mətbuata informasiya ötürüb ki, guya özü də qurbandır və Orxan Sadıqov adlı şəxs də onu aldadıb. Bildirmək istəyirəm ki, bu sadəcə oyundur. Orxan Sadıqov Hacı İbrahimin tikdiriyi binalarda plastik qapı-pəncərə qoyurdu. Onların arasında hər hansı münaqişə və söz-söhbətin mənə dəxli yoxdur. Mən 51 və 52 saylı mənzilləri “Həsən-96” MTK-dan almışam. Əlimdə qəbz, maliyyə arayışı var. “Həsən-96”-nın sahibi isə Emil Tağıyevdir ki, o da Hacı İbrahimin bacanağıdır. “Avesta”nın prezidenti bir müddət sonra bacanağının verdiyi sənədi qanunsuz hesab edərək ləğv edib. Nəticədə mənim 355 min manatım ortada itib. İndi Hacı İbrahim özünü və bacanağını sığortalamaq üçün mətbuata qəsdən məlumat ötürür ki, şikayəti olanlar onun da “qurban” olduğunu qəbul etsin. Mən qətiyyətlə bildirirəm ki, mənzilləri alarkən Orxan Sadıqov adlı şəxslə heç bir sövdələşmə, söz-söhbətim olmayıb”.
Elşad Məmmədov öz haqqını sona qədər tələb edəcəyini deyir: “Hacı İbrahim mətbuata ötürdüyü informasiyada Orxan Sadıqovdan şikayət olunmadığını qeyd etdirib. Yaxşı əgər zərərçəkənsə, sənə də pul atılıbsa niyə hüquq-mühafizə orqanlarına müraciət etmirsən? Özün niyə axtarırsan? Mən inanmıram ki, kimsə Hacı İbrahimə “atsın”. Onun kimi imkanlı və əlaqəsi geniş olan adama kiminsə aldatması inandırıcı görünmür. Mənə dəyilən ziyanla bağlı baş Prokuror Zakir Qaralovun qəbulunda oldum. Problemimi dilə gətirdim və işin araşdırılması üçün baş prokuror göstəriş verdi. Mənə qarşı haqsızlıq edildiyi halda, əlimdə kifayət qədər sənəd varkən Baş Prokuror belə Hacı İbrahimlə bağlı ölçü götürə bilmirsə, onda ona kimin gücü çatar? Hətta bu belə olarsa belə mənim məsələmə aidiyyəti yoxdur. Çünki bir daha təkrar edirəm ki, mənim məsələm də alqı-satqı “Həsən-96” MTK-a ilə olub”.
"Avesta" şirkətində "bacanaqlar əməliyyatı"
Sahibkar deyir ki, “Avesta”nın prezidenti ilə heç bir münasibəti olmayıb, yalnız mənzil alıb: “355 min manat verib iki dənə mənzil almışam. Düzdür, Hacı İbrahim satın aldığı qəzetlərdə deyir ki, guya mənzili görəcəyim iş müqabilində verəcəkmiş və mən üzərimə götürdüyüm öhdəliyi pozduğum üçün mənzil əlimdən alıb, hələ bu azmış kimi utanmaz şəkildə deyir ki, ona borcum var. Onun bu dedikləri həqiqətdən kənardır. Əlimdə verdiyim pulların qəbzi və maliyyə arayışım var. 355 min manatı şöbə müdiri Zülü İsgəndərovla Orxan Sadıqova vermişəm. Bundan başqa mənzili alarkən mənə verilən arayışda şirkətin rəhbəri Emil Tağıyevin imzası və MTK-ın möhürü var. Mən dediklərim faktdı. İstənilən jurnalistə haqlı olduğumu sübut etmək üçün qəbzləri və arayışları göstərə bilərəm. Əgər mən yalan danışsaydım, hər yerlə əlaqəsi olan, məhkəmələrə tapşırıq verməyə cəsarəti çatan Hacı İbrahim Nehrəmli çoxdan həbs etdirmişdi. Deməli, haqq mənim tərəfimdə olduğu üçün hç nə edə bilmir”.
Elşad Məmmədov deyir ki, Emil Tağıyevlə Hacı İbrahim Nehrəmli bacanaqdırlar: “Bir bacanaq məndən pul alır, mənzilin satılmçasıyla bağlı arayış, qəbz verir, o biri bacanaq isə bunu hədə-qorxu, sifarişlə işləyən məhkəmələrin əliylə əlimdən alır”.
Emil Tağıyevin “Həsən-96” MTK-nın rəhbərliyindən çıxdığını deyən sahibkar bildirir ki, hazırda o “SR İnşaat” MTK-nın direktorudur: “Məqsəd isə Emil Tağıyev mənim kimi aldatdığı başqa vətəndaşlardan gizlənməkdir. Halbuki, mən araşdırma aparmışam, o faktiki “Həsən-96”-ya da nəzarət edir. Sadəcə pullarını tələb edənlərə deyirlər ki, artıq bu şirkətdə deyil. Toplananların yerini dəyişdikdə cəm dəyişmədiyi kimi Emil Tağıyevin də hansı şirkəti yaratmasından asılı olmayaraq yenə öz işindədir”.
Hacı İbrahim banka atıb, bacanagı Emil və şöbə müdürü Zülü isə mənə atıblar (pul verib aldığım evləri).
Aidiyyəti qurumlara müraciət edirəm Zülü və Emil Tagıyevə cinayət işi açılsın və həbs edilsinlər.
www.mediaxeberleri.az