Neftin qiyməti rekord səviyyədə düşəcək
18-05-2015, 09:55
Səudiyyə qiymət müharibəsinin ikinci raunduna keçir
Neft bazarında qiymət müharibəsi amerika-ərəb münasibətlərinin pozulması ilə yeni güc əldə edəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri dünyanın aparıcı investisiya şirkətlərinin analitikləri verib.
Onlar bildirirlər ki, neft qiyməti müharibəsinin birinci turu Səudiyyə Ərəbistanının rəqiblərini boğmaq, şişt neftini hasil edən Amerika şirkətlərinə qarşıydısa ikinci tur Vaşinqtonla səudiyyəlilərin kəskin münasibət pozulması ilə əalqədar olacaq.
Qeyd edək ki, Barak Obamanın Vaşinqton iqamətgahı Kemp-Deviddə Fars körfəzi ölkələrinın sammitində Səudiyyə Ərəbistanı kralı Salman iştrak etmədi. Bununla monarx qərb ölkələrinin İranla “nüvə razılaşmasına” kəskin narazılığını nümayiş etdirdi. Barak Obama isə öz növbəsində Kemp-Deviddə Fars körfəzi ölkələrini inandırmağa çalışdı ki, İranla “nüvə razılaşması” onları narahat etməsin.
Lakin analitiklər deyir ki, siyasi ab-havanın belə olduğu bir dönəmdə səudiyyəlilər bu yayın axırına neftin 1 barelinin qiymətini 40-50 dollara salmağa çalışacaqlar. Bu birmənalı olaraq ABŞ-nın şişt inqilabına, eləcə də sanksiyalar götürüldükdən sonra İranın neft hasilatını çoxaltmaq istəyinə zərbə olacaq.
Səudiyyəlilər üçün isə “qara qızılın” qiymətinin aşağı salınması elə də çətin bir iş deyil. Məsələ burdadır ki, neft hasilatının səviyyəsi əvvəlki kimi tələbatı üstələyir. Buna görə də hətta an az səviyyədə bazarda təklifin çoxaldılması barelin dəyərinə təzyiqi gücləndirir.
Bundan əlavə İranın nüvə proqramı barəsində əldə olunan razılaşma özü də səudiyyəlilərin aşağı qiyməti saxlamaq strategiyasının xeyrinə işləyəcək. Belə ki, üzərindən sanksiyalar götürüldükdən sonra İran nefti bazara dönə biləcək, bu isə sutkaya 1 milyon barel deməkdir. Lakin 2016-cı ilədək bu hasilat bazara çatmayacaq, gözləmək isə qiymətləri onsuzda aşağı çəkəcək.