Puç olmuş xəyallar ölkəsi -“Yezidistan”-ARAŞDIRMA
30-06-2016, 00:33
Yezidilərin adətləri, yaşam tərzləri barədə bilmədiklərimiz…
Son günlər gündəmi zəbt edən məsələlərdən biri Ermənistanda yaşayan yezidi liderlərinin Azərbaycan hökumətinə hədə-qorxu ilə dolu,gülünc doğuran bəyənatıdır. Artıq siyasi arenada öz sözünü laiqincə demiş Azərbaycanı əlindəki “materiallarla”hədələyən bu binəvaların belə addım atmasına səbəb 19 dekabr 2015-ci ildə Dağlıq Qarabağ ərazisində gəbərdilmiş PKK yaraqlısıdır. Ermənistan yezidiləri hər vəchlə onun yaraqlı olmadığını,Ermənistan vətəndaşı yezidi olduğunu deyib dururlar.Hər fikirlərində düşmən dövləti müdafiə edən ,ona dəstək olduqlarını bəyan edən yezidilərin belə mövqe tutması mənə qəribə gəlir. Bu məlumatları oxuyarkən məndə yezidilərə qarşı maraq oyandı.Kimdir olar? Mənşəyləri… dinləri… Necə olub ki,heç bir azsaylı xalqın rahatlıqla yaşaya bilmədiyi,Avropa Şurasına üzv olmasına baxmayaraq heç bir şura qanunlarına riayət etməyən bu dövlətdə yezidi kürdləri razılıqla yaşayır,hətta nəinki yaşayır,1988-ci ildən bəri sürən Qarabağ müharibəsində erməniyə könüllü dəstək olur?! Yezidilərin dili və mənşəyi. Yezidilər qədim millətlərdəndir.Mənşələri Hindistandan başlanır.Sonra Şimali-İraq və İran ərazisində məskunlaşmışlar. Bu tayfalar özlərini “körd”,dillərini “kurmancı” adlandırmışdılar. Kürdlərlə adət və dilləri eynidir.Onları yalnız dinləri ayırır.Ama əslində yezidilər özləri nəinki bundan narahat olur,hətta bunu təhqir hesab edirlər.Onlar öz köklərinin hər hansısa qədim tayfaya bağlı olmadığını ,cinlərin qadınlarla izdivacından yarandıqlarını deyirlər. Ümumi araşdırmadan belə nəticəyə gəlmək olur ki, kürdlər iki ana etnoqrafik qrupa ayrılır:Soran və Kurmanc.Yezidi kürdlər kurmanc dilində danışır.Kurmanc dili Hind-Avropa dil qrupuna aiddir. Ermənistan ərazisində məskunlaşmış etnik qruplar əhalinin 3%-ni təşkil edir ki ,bu da yezidilərin üstünlüyə sahib olması ilə müşahidə olunur.Əslində bunu anlmaq heç də çətin deyil.Beynəlxalq arenada Ermənistanın özünü təmizə çıxarması üçün yezidilər bir vasitədir.Məhs onları əldə rəhbər tutaraq “Biz tolerant ölkəyik “deyə bağırmaq olar. Həm də taleh oxşarlığı,niyyət oxşarlığı da var axı.Hər iki xalq tarix boyu onun bunun torpağı hesabına “Böyük dövlət” qurmaq xəyalı ilə yanıb tutuşur.Ermənilər buna böyük rus qardaşlarının hesa nail olsalar da yezidilərin arzusu hələki ürəklərində qalıb.
Yezidilərin dini inancları və adətləri
Ermənistanda yaşayan yezidilər buraya XI əsrdə köç ediblər.Ən sıx məskunlaşdıqları ərazi ALAGÖZ dağının ətəyidir. Əsas məsquliyyətlərini qoyunçuluq təşkil edir. Əsasən GÜNƏŞƏ sitayiş edən yezidilərin dini ŞAFRADİN adlanır. Dini kitablarıOnlar ilk öncə LALİŞə gələrək burada məbəd inşa etdikləri üçün bu ərazini müqəddəs hesab edirlər. Buna görədə hər il oraya həccə gedir,dini mərasimlər təşkil edirlər.
Dini inanclara görə:
Dünya sonsuzdur. Dünyanı yaradan tanrı onu əsla dağıtmaz.
Təbiətin qorunması və təbiətə sevgi əsasdır.
Gündə üç dəfə üzü Günəşə tərəf ibadət edilməlidir[12] • Çərşənbə günü, Mələk Tavus və ilk iki insanın yaradıldığı gün olduğu üçün həmin gündə insanların istirahət etmələri vacibdir.
Ancaq Şahid bin Carın nəslindən olan şəxslər Yezididilər, bir şəxsin sonradan yezidi olması mümkün deyildir.
Şeytanın adını tələffüs etmək, onun adı ilə bağlı olan Kitan, mel’un, Şar və Şat kimi kəlimələri işlətmək, adın müqəddəs olması səbəbindən haramdır.
Müqəddəs hesab edilən ağaclara sitayiş edilir.
Qadınların saçlarının kəsilməsinə icazə verilmir. • Aprel ayında evlənmək günah hesab olunur.
Ətirli balqabaq, Ceyran əti və Kahı yemək haram sayılır.
Müqəddəs rəng olduğu üçün tünd göy rəngli paltarların geyinlməsi məqbul hesab edilmir.
Şeyxlər, pirilər və müridlərdən ibarət camaat sistemi mövcuddur. Yezidilərin bu camaat daxilində olan şəxslərlə evlənməsi arzu edilir. • Şeyxlərə özəl günlərdə pul verilməlidir.
Yuxarı sinif mənsublarına bir necə qadınla evlənməsinə icazə vardır.
Başqa din mənsubu ilə evlənən şəxs afaroz edilir və hətta öldürülür.
Reinkarnasiya inancı mövcuddur.
Vəftiz prosesi mövcuddur.
Mitraizm dində olduğu kimi inəklərin qurban kəsilməsi halı vardır. Tovuzquşu müqəddəs hesab edilir. Onların inancına görə bu quş özündə müqəddəs hesab etdikləri günəşin rəngarəng şəfəqlərini əks etdirir. Başqa millətlə izdivacı tamamilə ləğv edən bu yezidilərin özünəməxsus adətləri var. Yezidilərdə hind tayfaları kimi hələ də kastalar aktuallığını qoruyur.Onlar əsla kənar şəxsləri yezidiliyə qəbul etmirlər.Ailə onlar üçün çox müqəddəsdir.Toy zamanı gəlinə verilən böyük tük yastıq ailənin birliyi və möhkəmliyi anlamına gəlir. –Yəni bir yastıqda ölənə qədər. Yezidilərdə ailə qurularkən qızların fikri soruşulmur,boşanarkən onlar əsla ata evinə qəbul edilmirlər Ailələrdə çoxuşaqlılıq və çoxarvadlılıq ön plana çəkilir.Elə ailələr var ki ,40a yaxın uşaqa rast gəlmək olar. Oğlan uşaqlarının çox olması baş ucalığı gətirir deyə düşünürlər.Axı oğlan həm də nəslin davam etməsində aparıcı rol oynayır.Yeni doğulmuş oğlan uşaqlarının məbədə aparılaraq saçı kəsilir və atasına yadigar verilir.Dinərinə əsasən göy rəngdə paltar geymək haram hesab edilir.Sarı və qırmızı rənglər günəş rəmzi olduğu üçün müqəddəs və sevimli rənglərdi.Yezidi kastaları arasında erkən evlilik adi haldır.Onlarda 18 yaşlı qız artıq qarımış hesab olunur. Ermənistanda yaşayan yezidilərin qarşılaşdığı çətinliklər. Bəs doğrudanmı Ermənistan hökuməti yezidilərin firavan yaşaması üçün imkan yaradır.Burada onların din və adət ənənələrini inkişaf etdirməsi,istədikləri təhsili alması üçün şərait varmı?!Halhazırda iqtisadi cəhətdən regionda ən geridə qalmış ölkələr sırasına aid edilən Ermənistan heç öz vətəndaşlarını belə ölkədə tuta bilmir. Məlumumuzdur ki ,hər il yüzlərlə erməni dolanışıq dərdindən ölkəni tərk edir. Təbii ki ,bu yezidilərə də şamildir.Özünü Dünya yaşayan yezidi kürdlərinin lideri kimi təqdim edən Əziz Tamoyan burada 60 min yezidi yaşadığını bağıra bağıra bəyan etsə də statistik göstəricilər bunu doğrultmur.Belə ki,1988ci ildə aparılan rəsmi hesablamalar zamanı Ermənistanda vətəndaş kimi 70 min yezidi var idisə,2001-ci ildə bu 40min 620 nəfər təşkil edirdi. Halhazırda isə Ermənistanda 21min yezidi kürd yaşayır. Qeyri rəsmi erməni mənbələrinin açıqlamasına görə ağır iqtisadi şərait yezidiləri RF-na kütləvi axın etməyə vadar edir.Onların kurmanc dilində raiosu və”YEZDAXANA”adlı qəzetləri fəaliyyət göstərir.Buna baxmayaraq yezidilər burada zaman –zaman çətinliklərlə üzləşirlər ki,bu da çox vaxt ermənilərlə gərginlik yaşanmasına səbəb olur.Əsas narazılıq isə onların kürdlərlə bərabər tutularaq məcburi təhsilə yönəldilmələridir. Nəzərinizə çatdıraq ki,Ermənistanda rəsmi hesablamalara görə Onlar buna etiraz olaraq prezidetə,erməistan parlamentinə də müraciət ediblər.İkinci problem isə Ermənistan parlamentinin nigah haqqında qanuna dəyişiklik etməsi oldu.Yaş həddinin 18-ə qaldırılması yezidilərin kəskin etirazına səbəb oldu. Onlar qeyd edir ki, bizim adətə görə qızlar 13,14 yaşında ailə qurur, 18 yaşlı qız yezidi adətlərinə görə qarımış hesab olunur.Ermənistan hökuməti bunu nəzərə alaraq parlamentə müraciət edəcəyini,yaş həddinin qadınlar üçün 16,kişilər üçün 17 ediləcəyini vəd ediblər. Yezidilər Brinci Qarabağ Müharibəsi zamanı ermənilərə könüllü yardım etməsi faktdır. Döyüşlərdə 500 yezidi iştirak edib ki,onlardan 36 sı məhv edilib. Azərbaycan tarix dərsliklərində cari ildən “Beşgünlük müharibə” kimi dərc ediləcək aprel savaşında da 2 yezidinin öldürüldüyü bildirilir.(Mənbə:Əziz Tamoyan) Qədim xalq olmasına baxmayaraq köçəri həyat tərzi keçirən yezidilərin ümumi sayı 1.500000 dir.Onlar demək olar ki,dünyanın hər tərəfinə səpələniblər.İraq(850.000), Almaniya(200.000),Suriya(50.000),Rusiya(40.586),Ermənistan(40.620,rəsmi hesablama.Hal-hazırda 1.000), Gürcüstan(20.843), Niderland(10.000), İsveç(7.000) kimi ölkələrdə yezidi icmaları mövcud olmasına baxmayaraq bu xalqın “Boyük Yezidistan “ arzusu xülya olaraq qalır.
Pərvin Abışova