Dovşanlardakı virus xərçəngə qalib gəldi

28-09-2023, 12:57           
Dovşanlardakı virus xərçəngə qalib gəldi
Rusiyanın Soçi şəhərindəki “Sirius” Elm və Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, miksoma virusu xərçəng şişlərini effektiv şəkildə məhv edir.

Bu barədə aparıcı tədqiqatçı Aleksandr Maloqolovin deyib.

Onun sözlərinə görə, bu virus insanlar üçün təhlükəli deyil və yalnız dovşan hüceyrələrində çoxalır. Bununla belə, o, xərçəng hüceyrələrini aktiv şəkildə hədəfləyir və öldürür. Bu laboratoriya şəraitində nümayiş etdirilib.

Xərçəng şişi inkişaf etmiş siçanlar üzərində aparılan təcrübədə virus şişin ölçüsünü əhəmiyyətli dərəcədə kiçildib. Bu, belə virusların xərçəngin müalicəsində istifadə oluna biləcəyini göstərir.
Növbəti mərhələ virusun modifikasiyası və insan şişlərinin transplantasiyası ilə transgen siçanlar üzərində sınaqdan keçiriləcək. Artıq virus laboratoriya şəraitində insanda 30-a yaxın xərçəng hüceyrəsi xəttini effektiv şəkildə məhv edir.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru