Səhər yeməyinə çaysız oturmayanların nəzərinə

1-12-2023, 08:54           
Səhər yeməyinə çaysız oturmayanların nəzərinə
Səhər çay içmədən oyana bilmirsinizsə, ona bir dilim limon əlavə etsəniz, faydasını ikiqat artıra bilərsiniz. Foodinfo.az limonlu çayın faydalarını təqdim edir:Limonlu çay qaraciyərdə yığılan tullantıları və toksinləri çıxarmağa kömək edir. Antioksidantlar dərini qidalandırır, ölü hüceyrələri yeniləyir və cavanlaşdırır. Sızanaq, cizvə və ekzema kimi problemlərə də yaxşı təsir edir.Limonlu çay həzmi yaxşılaşdırır və bağırsaq sağlamlığına müsbət təsir göstərir. Sakitləşdirici və ağrıkəsici xüsusiyyətə malikdir.Tərkibindəki antioksidantlar orqanizmi xəstəliklərə qarşı qoruyur. Hər axşam ilıq limonlu çay içsəniz, ürək xəstəliklərinin və insultun qarşısını ala bilərsiniz. Limonlu çay diş ətinə də faydalıdır. Diş və diş əti sağlamlığını dəstəkləyir və bakteriyalarla mübarizə aparır. Bu faydaları görmək üçün çayınıza bir dilim limon əlavə edib istehlak etmək kifayətdir. Bal və ya şəkərlə də şirinləşdirə bilərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.