Bu içki və qidalar qaraciyər xərçənginə səbəb olur

5-12-2023, 12:04           
Bu içki və qidalar qaraciyər xərçənginə səbəb olur
Bu içki və qidalar qaraciyər xərçənginə səbəb olur
Spirtli içkilər və yağlı ət məhsulları qəbul etmək qaraciyər xərçənginin inkişafına səbəb ola bilər.
Bunu onkoloq, tibb elmləri namizədi, Rusiya Tibb Elmləri Akademiyasının Kliniki Onkologiya İnstitutunun baş elmi işçisi Yevgeni Çeremuşkin deyib.

Həkimin sözlərinə görə, spirtli içkilər və pis vərdişlər bir çox xəstəliklərin yaranmasında əsas amillərdəndir. Bundan əlavə, qaraciyər yağlı ətlərin, məsələn, donuz və ya ördək yeməkdən mənfi təsirlənir.

"Etil spirti qaraciyər kütləsinin 80%-ni təşkil edən hepatositlərin ölümünə səbəb ola bilər", deyə Çeremuşkin izah edib.

Bundan əlavə, onkoloq qida məhsullarının tərkibində olan kimyəvi əlavələrin də sağlamlıq üçün təhlükəli olduğunu vurğulayıb. \\Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru