Uşaqlar arasında yayılan qorxulu xəstəlik daha bir ölkədə müəyyən olundu

5-12-2023, 15:44           
Uşaqlar arasında yayılan qorxulu xəstəlik daha bir ölkədə müəyyən olundu
İtaliyalı həkimlər ölkədə “mycoplasma pneumoniae” bakteriyasının törətdiyi pnevmoniyaya ilk yoluxma hallarını müəyyən ediblər.

Bu barədə İtaliya Ali Sağlamlıq İnstitutu xəbər verib.

Qurumun məlumatına görə, xəstəlik Peruca şəhərində respirator əlamətləri ilə xəstəxanaya yerləşdirilən iki uşaqda təsdiqlənib.

Bununla belə, institut “mycoplasma pneumoniae” patogeninin uzun müddətdir cəmiyyətdə dolaşdığını və qlobal miqyasda pnevmoniya hallarının 10-20%-nə səbəb olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Çin, ABŞ, Danimarka, Fransa, Niderland və Almaniya vətəndaşları arasında mikoplazma pnevmoniyasının yayıldığı xəbəri verilmişdi. Xəstəlik əsasən 5-12 yaşlı uşaqlara təsir göstərir.

“Mycoplasma pneumoniae” xəstələrdə bir neçə həftə davam edən öskürəyə səbəb olur. Xəstələrdə, həmçinin qızdırma, baş ağrısı və bədən səpgiləri müşahidə olunur.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru