Ruslar on milyonluq "Abrams" tanklarını nə ilə vurur? - FOTO
7-03-2024, 10:18
Rusiya hərbçiləri Ukraynada artıq Amerika istehsalı olan bir neçə “Abrams” tankını məhv edib. Dünya mətbuatı onların buna necə nail olduğunu araşdırıb. Bakupost.az xəbər verir ki, Çinin “Asia Times” nəşri ilk iki "Abrams"ın ucuz rus pilotsuz təyyarələri tərəfindən vurulduğunu bildirib. Nəşr qeyd edir ki, söhbət plastikdən hazırlanan və təxminən 500 dollar dəyərində olan "Upır" pilotsuz təyyarələrindən gedir. Qeyd edək ki, "Abrams" tankının dəyəri 10 milyon dollardan çoxdur. Öz növbəsində TASS bildirib ki, “Upır” PUA-sı cəbhənin dərinliklərində düşmənə hücum etmək üçün Sverdlovsk vilayətində hazırlanıb. Bu pilotsuz təyyarənin köməyi ilə Rusiya hərbçiləri artıq Dneprdə desant qüvvələri olan qayıqları, istehkamları, dayaq məntəqələrini məhv ediblər. Pilotsuz təyyarə cəbhə bölgəsinə kömək edən bir qrup həvəskar tərəfindən hazırlanıb.