Vətəndaşlar azad edilmiş ərazilərdə evlərini özləri inşa edə biləcəklər? - AÇIQLAMA + VİDEO

7-03-2024, 12:04           
Vətəndaşlar azad edilmiş ərazilərdə evlərini özləri inşa edə biləcəklər? - AÇIQLAMA + VİDEO
İşğaldan azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxılması nəzərdə tutulub.

Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd edilib ki, bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış məntəqələrinin bərpası və yenidən qurulması ilə bağlı təsdiq olunmuş planlara baxıla bilər.

Mövzu ilə bağlı danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev hesab edir ki, vətəndaşları da bərpa quruculuq işlərinə cəlb etməklə Qarabağa qayıdışı və bölgənin inkişafını daha da sürətləndirmək olar.
Millət vəkili bildirib ki, vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə yalnız müasir şəhərsalma qaydalarına uyğun evlər inşa edə biləcəklər. Bu, büdcə vəsaitinə qənaət edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Çünki hazırda bölgədə bütün layihələr demək olar ki, dövlət hesabına icra olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı martın 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Ətraflı “Xəzər Xəbər”in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru