Avropada ən ucuz və ən bahalı benzin harada satılır? – Tam siyahı

8-03-2024, 12:34           
Avropada ən ucuz və ən bahalı benzin harada satılır? – Tam siyahı
Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinə görə Azərbaycan 4-cü sırada qərarlaşıb.

Yeniavaz.com məşhur “Autotraveler” portalının fevral ayı üçün açıqladığı məlumata istinadən xəbər verir ki, “Aİ-95” markalı benzinin ən ucuz satıldığı ölkə Rusiya olub. Şimal qonşumuzda “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,53 avro (98 qəpik) təşkil edib.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 2,16 avroya (4 manat) satılıb.
Avropa ölkələri arasında 4-cü sırada olan Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 2 manata (1,1 avro) bərabərdir.
Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 2 ölkə olub – Rusiya və Belarus. Gürcüstanda isə “Aİ-95” markalı benzinin qiyməti Azərbaycanla eynidir – 1,1 avro.
Fevral ayında Avropa ölkələrində “Aİ-95” markalı benzinin orta qiyməti aşağıdaki kimi olub:

Rusiya – 0,53 avro
Belarus – 0,68 avro
Gürcüstan – 1,1 avro
Azərbaycan – 1,1 avro
Türkiyə– 1,2 avro
Ermənistan – 1,21 avro
Bosniya və Herseqovina – 1,24 avro
Ukrayna – 1,24 avro
Moldova – 1,29 avro
Malta – 1,34 avro
Şimali Makedoniya – 1,35 avro
Bolqarıstan – 1,36 avro
Kipr – 1,37 avro
Rumıniya – 1,41 avro
Andorra – 1,44 avro
Sloveniya – 1,45 avro
Xorvatiya – 1,45 avro
Litva – 1,47 avro
Çexiya – 1,50 avro
Polşa – 1,50 avro
Monteneqro – 1,53 avro
Lüksemburq – 1,56 avro
Serbiya – 1,57 avro
Avstriya – 1,58 avro
Macarıstan – 1,58 avro
İspaniya – 1,60 avro
Böyük Britaniya – 1,61 avro
Slovakiya – 1,62 avro
İsveç – 1,65 avro
İrlandiya – 1,66 avro
Latviya – 1,66 avro
Estoniya – 1,69 avro
Belçika – 1,72 avro
Portuqaliya – 1,78 avro
Finlandiya – 1,78 avro
Albaniya – 1,80 avro
Almaniya – 1,84 avro
İtaliya – 1,86 avro
Fransa – 1,87 avro
İsveçrə – 1,88 avro
Danimarka – 1,90 avro
Yunanıstan – 1,90 avro
Norveç – 1,96 avro
İslandiya – 2 avro
Niderland – 2,16 avro












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru