Ucadan oxumaq məlumatın yadda saxlanmasını yaxşılaşdırır, lakin dərk etmə zəif olur - ARAŞDIRMA

9-03-2024, 15:37           
Ucadan oxumaq məlumatın yadda saxlanmasını yaxşılaşdırır, lakin dərk etmə zəif olur - ARAŞDIRMA
Müxtəlif fənlər üzrə tədris metodları ucadan oxumaq kimi bir texnikadan istifadə etməyi tövsiyə edir. Ötən əsrin əvvəllərindən məlum olub ki, bu yolla oxuduqlarınızı tez xatırlaya bilərsiniz. Ancaq belə bir texnikanın digər müsbət nəticələrinin olması sual altında qalıb.
Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri “Memory & Cognition” elmi jurnalında dərc olunub.
Vaterloo Universitetinin kanadalı mütəxəssislərinin müəllifi olduğu yeni araşdırma bu prosesin digər aspektlərinin öyrənilməsinə həsr olunub.

Alimlər bir neçə yüz könüllünü bir sıra təcrübələrə cəlb ediblər. Onlar öz sələflərinin əvvəlki tapıntılarını təsdiqləyiblər. Ucadan oxumaq səssiz oxumaqla müqayisədə materialın yadda saxlanmasını xeyli yaxşılaşdırıb.

Amma bu, oxuma materialı başa düşməni yaxşılaşdırmayıb. Yəni, məsələn, düsturlar, tarixlər, təriflər, aksiomaları ucadan oxumaq faydalıdır. Nəhayət, əzbərlənmiş bir şeiri və ya hətta bir alış-veriş siyahısını ucadan oxumaq zərər vermir. Amma məsələn, fizika və ya kimya dərsliyindən fəsil oxumağın mənası yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru