Azərbaycan alimlərinin Quran ayələri əsasında Elmi Hipotezi - FOTO

10-03-2024, 10:24           
Azərbaycan alimlərinin Quran ayələri əsasında Elmi Hipotezi - FOTO
Azərbaycan alimlərinin Quran ayələri əsasında 24.10.2023-cü ildə qeydiyyatdan keçmiş Elmi Hipotezlərinə 24.01.2024-cü il tarixində Almaniyada Elmi Kəşf statusu verilmişdir
Azərbaycan alimləri texnika üzrə fəlsəfə doktoru, 8 Elmi Kəşf müəllifi, görkəmli elmi nəticələrinə görə “Wilhelm Leibniz” medal və diplomu ilə təltif edilmiş Nazilə Cavad qızı Daşdiyeva, magistr, 2 Elmi Kəşf müəllifi Elnarə Rahim qızı Hüseynova və kimya elmləri doktoru, professor, ATEA akademiki, 8 Elmi Kəşf müəllifi, Azərbaycan Respublikası Prezidentinin 19.09.2010-cu il tarixli Sərəncamı ilə Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, görkəmli elmi nəticələrinə görə Almaniyada “Wilhelm Leibniz” və “Alexander von Humboldt” medal və diplomları ilə təltif edilmiş Rahim Abas oğlu Daşdiyevin dünya təcrübəsində ilk dəfə olaraq, Quran ayələrinin mindən çox ad altında uzun illər sistemləşdirmələri sayəsində kəşf edilən dialektikanın yeni qanunu: “Hər bir çətinlikdən sonra asanlığın gəlməsi qanunu” Almaniyada Avropa Təbiət Elmləri Akademiyasının Elmi Kəşflərin verilməsi ilə bağlı Beynəlxalq Ekspert Şurasında 24.10.2023 tarixində qeydiyyatdan keçmiş Elmi Hipotezlərinə 24.01.2024-cü il tarixində Elmi Kəşf statusu verilmişdir. Müəlliflər ingilis dilində tərtib edilmiş Elmi Kəşf diplomları ilə təltif edilmişlər.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.