Rusiyanın ən varlı 10 qadını – Siyahı
15-03-2024, 12:13

Rusiyanın ən varlı qadınının sərvəti 7,2 milyard dollara çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barıdə məlumatı məşhur “Forbes” nəşri yayıb.
Bildirilir ki, Rusiyanın ən varlı qadını hesab olunan 48 yaşlı Tatyana Bakalçuk “Wildberries” şirkətinin sahibi və baş direktorudur. 7,2 milyard dollar sərvəti olan Tatyana Bakalçukun 7 övladı var.
“Wildberries” şirkəti Rusiyada ən böyük onlayn pərakəndə satış şəbəkəsidir. Bu ilin yanvar ayında təxminən 120 min kvadratmetr sahəsi olan “Wildberries” anbar kompleksində yanğın baş verib. Buna baxmayaraq, şirkət sürətlə inkişaf etməyə davam edir. "Wildberries" şirkəti Leninqrad vilayətində 9 milyard rubl investisiya ilə yeni anbarın tikintisini elan edib. 2023-cü ilin dekabrında Tatyana Bakalçuk RBC-yə müsahibəsində şirkətin Çin bazarına daxil olduğunu açıqlayıb. Hazırda xaricə satışlar “Wildberries”in dövriyyəsinin 10%-ni təşkil edir. Dövriyyənin 90%-i isə Rusiyanın payına düşür.
“Forbes” nəşri Rusiyanın ən varlı qadınlarının ilk 10-luğuna Tatyana Bakalçukdan sonra 600 milyon dollar sərvət ilə 54 yaşlı Olqa Belyavtsevanı, 550 milyon dollar sərvət ilə 56 yaşlı Svetlana Demidovanı, 550 milyon dollar sərvət ilə 63 yaşlı Marina Sedıxı, 475 milyon dollar sərvət ilə 68 yaşlı Quzeliya Safinanı, 450 milyon dollar sərvət ilə 63 yaşlı Tatyana Kuznetsovanı, 375 milyon dollar sərvət ilə 67 yaşlı Lyubov Xobanı, 300 milyon dollar sərvət ilə 63 yaşlı Raisa Deminanı, 250 milyon dollar sərvət ilə 54 yaşlı Natalia Opalevanı və 250 milyon dollar ərvət ilə 57 yaşlı Elena Sobolevanı daxil edib.