Əhali son iki ayda ərzağa 4.3 milyard manat xərcləyib - VİDEO

15-03-2024, 12:34           
Əhali son iki ayda ərzağa 4.3 milyard manat xərcləyib - VİDEO
Son iki ayda insanlara 4,3 milyard manat dəyərində ərzaq məhsulları satılıb.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Dövlət Statistika Komitəsi rəqəmləri açıqlayıb.

Məlub olub ki, ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 420 manat pul xərcləyib.

Bunun 232 manatını ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 188 manatını isə qeyri-ərzaq mallarına sərf ediblər. Biz də sakinlərdən soruşduq. İnsanlar ən çox nəyə pul xərcləyir?

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, yanvar-fevral aylarında insanlara 440 milyon dollar dəyərində içkilər və tütün məmulatları, 1,3 milyard manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb. Beləliklə, yanvar və fevralda Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,6 milyard manata yaxın mal satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artım deməkdir. İqtisadçı ekspert artımın səbəblərini açıqlayıb.

Qeyd edək ki, alıcılar yanvar-fevral aylarında əczaçılıq məhsulları və tibbi ləvazimatlara 206 milyon manat pul xərcləyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2%-ə yaxın azdır. Avtomobil benzini və dizel yanacağı üçün yanvar-fevral aylarında 449 milyon manat sərf olunub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.