Rüsvayedici məlumatlar yayacağı ilə hədələdi, minlərlə manat pulunu aldı - FOTO

15-03-2024, 09:56           
Rüsvayedici məlumatlar yayacağı ilə hədələdi, minlərlə manat pulunu aldı - FOTO
Biləsuvarda hədə-qorxu ilə 10 min manat pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Biləsuvar rayon sakini olan bir nəfər polisə müraciət edərək rayonun Ovçubərə kənd sakini İsmayıl İsmayılovun hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirib.

Araşdırmalarla İ.İsmayılovun həmin şəxsdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 10 min manat tələb etdiyi, nəticədə onlayn və nağd şəkildə olmaqla ümumilikdə 3000 manat pulunu ələ keçirdiyi müəyyən edilib. İ.İsmayılovun üzərindən zərərçəkmiş şəxsdən əldə etdiyi pul vəsaiti aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxsin digər analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru