Filmə bilet almaq istədi, 1750 manatından OLDU: "Həmin şəxs “qadın”la tanış olur..." - DİN-dən AÇIQLAMA

15-03-2024, 12:49           
Filmə bilet almaq istədi, 1750 manatından OLDU: "Həmin şəxs “qadın”la tanış olur..." -
“Azərbaycanda vətəndaşlardan biri filmə baxmaq üçün 1750 manatından olub”.

Bunu DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov deyib. O, hadisənin necə baş verdiyini izah edib:

“Həmin şəxs tanışlıq tətbiqlərindən birində bir “qadın”la tanış olur. Ona filmə getmək təklif edilir və buna görə də bilet almaq üçün link göndərilir. Linkə daxil olduqda isə 50 manat ödəniş üçün bütün kart məlumatlarını əlavə edir - son bitmə tarixindən CVV kodadək. Hətta telefonuna gələn təsdiq kodunu da yazır. Nəticədə hesabındakı bütün məbləğ sıfırlanır”.

DİN rəsmisi bu baxımdan, vətəndaşlara da müraciət edib:

“Bu hallarla qarşılaşmamaq üçün kart məlumatlarınızı sirr saxlayın, etibar etməyin, inanmayın. Belə hadisə ilə üzləşdikdə isə dərhal polisə məlumat verin”.
Mənbə: sfera.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru