Xərçəngə qalib gələn pəhriz kəşf edildi

17-03-2024, 11:44           
Xərçəngə qalib gələn pəhriz kəşf edildi
Avstraliyanın Deakin Universitetinin alimləri müəyyən ediblər ki, bitki mənşəli qidalar, süd məhsulları, balıq və qoz-fındıq əsasında pəhriz təkcə xərçəngin inkişaf riskini azaltmır, həm də xərçəng xəstəliklərində orqanizmdəki iltihabı azaldır. Tədqiqatın nəticələri “European Journal of Clinical Nutrition” (EJCN) jurnalında dərc edilib.

Aralıq dənizi pəhrizinin hansı komponentlərinin sağlamlığa fayda verə biləcəyini anlamaq üçün elm adamları pəhrizin xərçəngin inkişafı və irəliləməsi riskinə təsiri ilə bağlı mövcud 15 araşdırmanı təhlil ediblər.

Tədqiqatçılar qeyd ediblər ki, bu tip pəhrizə riayət edən insanların prostat və döş xərçəngindən ölüm riski müvafiq olaraq 22 və 13% azalır. Alimlər bu müsbət təsirin Aralıq dənizi pəhrizindəki qidaların əksəriyyətinin antioksidant olması ilə izah ediblər. Təbii olaraq meydana gələn antioksidantlar sərbəst radikalları (orqanizmdə toplanan oksigenin xüsusi formalarını) zərərsizləşdirir, bununla da hüceyrə zədələnməsinin qarşısını alır.

Aralıq dənizi pəhrizi xərçəng xəstələrində xroniki yorğunluğun qarşısını da ala bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru