İftar süfrəsi üçün asan hazırlanacaq reseptlər

18-03-2024, 10:08           
İftar süfrəsi üçün asan hazırlanacaq reseptlər
TEREF axşam.az-a istinadən iftar süfrəniz üçün menyu təqdim edir:Çölmə kababƏrzaqlar:
Toyuq - 1 ədəd
Qırmızı soğan - 4 ədəd
Qoz - 200 qr
Palçıq turşu - 1 x.q
Duz, istiot zövqə görə.
Hazırlanması:Toyuğu təmizləyib, duz, istiot, turşu çəkib axşamdan basdırma edin. Kənarda qozu, soğanı ət çəkən maşından keçirin Soğanın suyunu sıxıb duz, istiot, turşu qarışdırıb toyuğun içərisinə doldurun. Sonra saxsı qaba qoyub üzərinə yarım stəkan su və hazırladığınız ləvəngidən töküb, 4-5 saat vam odda bişirin.Südlü pomidor şorbasıƏrzaqlar:2 xörək qaşığı duru yağ1 xörək qaşığı kərə yağı2 xörək qaşığı un1 xörək qaşığı tomat pastası5 pomidor4 stəkan suYarım stəkan süd1 çay qaşığı duzHazırlanması:İlk növbədə pomidorlar rəndələnir. Sonra kərə yağı və yağı qazana qoyun və yağı əridin. Kərə yağı əriyəndən sonra unu əlavə edib azca qovurun. Unun qoxusu getdikdən sonra tomat pastası əlavə edib azca qarışdıraraq qovurun. Qızardılmış pomidorları əlavə edin. Başqa 3-4 dəqiqə qızardın. Üzərinə 4 stəkan su əlavə edin, çalın və vam odda bişirin. Daha sonra duz və istiot tökün. Süfrəyə verərkən üzərinə sürtgəcdən keçirilən pendir, arzuya görə göyərti tökə bilərsiniz. Asan hazırlanan pankekƏrzaqlar:
1 stəkan kefir
3 ədəd yumurta
0,5 stəkandan az miqdarda şəkər tozu
1 paket qaparta tozu və vanilin Unu xəmir qatı hala gələnə qədər tökün Stəkanın yarısından azca aşağı duru yağ
Hazırlanması:
Yumurta və şəkər toxunu mikserlə qarışdırın. Üzərinə kefir, duru yağ və vanilini əlavə edib qarışdırın. Sonda qabartma tozu və unu töküb qarışdırıb, azca qatı xəmir əldə edin. Tavanı sobada isidib, yağa batırılmış pambıqla silin və pankeykləri istədiyiniz ölçüdə bişirin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.