Qaradağda topdan satış ticarət obyektində plandankənar yoxlama aparılıb

19-03-2024, 10:08           
Qaradağda topdan satış ticarət obyektində plandankənar yoxlama aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu, ev 57 ünvanında fəaliyyət göstərən “Fərmanoğlu” topdan satış ticarət obyektində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı anbar sahədə üzərində Azərbaycan dilində etiket məlumatları qeyd edilməyən, həmçinin minimum keyfiyyət və təhlükəsizlik sənədləri mövcud olmayan “Натуральный Mед” əmtəə nişanlı bal məhsulunun satışının həyata keçirildiyi aşkarlanıb. Eyni zamanda məhsulun etiket məlumatlarında istehsalçı ilə bağlı məlumatların uyğunluq təşkil etmədiyi müəyyən olunub. Sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Sınaq nəticələrinə əsasən nümunələrdə uyğunsuzluqlar aşkar edilib.Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.