Hər 9 ölümdən birinin səbəbi: Havası çirkli olan şəhərlər - SİYAHI

20-03-2024, 16:18           
Hər 9 ölümdən birinin səbəbi: Havası çirkli olan şəhərlər - SİYAHI
Dünyanın 134 ölkəsinin hava çirkliliyi dəyərlərini təhlil edən “Dünya Hava Keyfiyyəti Hesabatı -2023” ictimaiyyətə açıqlanıb.

"Cebhe.info" xəbər verir ki, İsveçrədə yerləşən hava keyfiyyəti texnologiyası şirkəti "IQAir" tərəfindən dərc edilən hesabat hər kubmetr üçün incə hissəciklərin (PM 2.5) sıxlığının ölçülməsinə əsaslanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi hava çirkliliyi həddinin dəyərlərindən istifadə edən hesabata görə, ötən il dünya üzrə yalnız 7 ölkə bu həddən aşağı təmiz hava ilə nəfəs alıb.

Bu ölkələr Avstraliya, Estoniya, Finlandiya, Qrenada, İslandiya, Mavriki və Yeni Zelandiyadır. 7 min 812 şəhərdə təxminən 30 min hava keyfiyyəti monitorinq stansiyasının məlumatları ilə aparılan hesabata görə, ən çirkli havaya sahib ölkələr arasında birinci olan Banqladeş, 2023-cü il ərzində ÜST-nin PM 2.5- lik dəyərinin 15 qatı qədər çirkli hava ilə nəfəs alıb. Onu Pakistan (ÜST-nin təlimat dəyərindən 14 dəfə), Hindistan (10 dəfə), Tacikistan (9 dəfə) və Burkino Faso (9 dəfə) izləyib. ÜST standartlarına görə, bir bölgədə təmiz hava ilə nəfəs almaq üçün PM2.5 dəyəri ən çox 5 μg/m3 olmalıdır.

Hesabata görə, 134 ölkə və regiondan 124-ü bu dəyərdən yuxarı çirkli hava ilə nəfəs alır. 2023-cü il ərzində Türkiyənin orta PM 2.5 göstəricisi 20.3 olub ki, bu da ÜST-nin təlimat dəyərindən təxminən 4 dəfə çoxdur. Türkiyənin ən çox hava çirkliliyinə malik şəhəri yenə İğdır olub. İğdırın orta PM2.5 səviyyəsi 47.2 olaraq ölçülüb. Yanvar ayında İğdırda PM 2,5 çirkliliyi 117,2 ilə dünyanın ən çirkli havası olan şəhərlərin ortalama dəyərinə yaxınlaşdı. Uzun illərdir kömür və odun kimi bərk yanacaqlarla isinən iğdırlılar hava çirkliliyini həll etmək üçün ümidlərini təbii qaza bağlayıblar. Şəhərə 2017-ci ildə təbii qaz verilib. Ancaq təbii qaz problemi həll edə bilmədi və şəhər havası ən çirkli şəhərlər arasında qalmaqda davam etdi.

Avropa bölgəsini araşdıran hesabat nəticəsində İğdır Avropanın ən çirkli şəhəri olub. Türkiyənin ikinci ən çirkli şəhəri olan Osmaniyədə RM 2,5 il ərzində orta hesabla 38,5 olaraq ölçülüb. Onu Sakarya Mütəşəkkil Sənaye Bölgəsində (OSB) PM 2,5 ortalaması 37,3 olan Hendek izləyib. Osmaniyə və Hendek Avropanın ən çirkli havası olan üçüncü və dördüncü şəhərləri oldu. Qeyd edək ki, saç telinin diametrinin 30-da biri qədər olan PM2.5 hissəcikləri bəzi tənəffüs yolları xəstəlikləri və ağciyər xərçəngi ilə əlaqələndirilir. Dünyada hər doqquz ölümdən birinə səbəb olan havanın çirklənməsi insan sağlamlığı üçün ən böyük ekoloji təhlükələrdəndir.

ÜST-nin məlumatına görə, havanın çirklənməsi hər il yeddi milyon vaxtından əvvəl ölümlə əlaqələndirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.