Moskvada konsert zalında DƏHŞƏTLİ TERROR: 62 ölü, 147 yaralı var - YENİLƏNİB /VİDEO

23-03-2024, 08:49           
Moskvada konsert zalında DƏHŞƏTLİ TERROR: 62 ölü, 147 yaralı var - YENİLƏNİB /VİDEO
Moskvada “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, ölənlərin sayı 62 nəfərə çatıb.

Eyni zamanda, binanın bütün otaqları hələ də yoxlanılmayıb.

Bu səbəbdən ölənlərin sayı arta bilər.

Qeyd edək ki, baş verən hadisə nəticəsində yaralananların sayı 147-yə çatıb.

02:07

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananların sayı 147-yə çatıb.

Bu barədə vilayətin Səhiyyə Nazirliyinin verilənlər bazasından məlum olub.

Qeyd edək ki, baş verən hadisə nəticəsində 40 nəfər ölüb.

01:15

Moskvada konsert zalında baş verən hadisə nəticəsində başlayan yanğın söndürülüb.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi (İK) Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı ilə bağlı cinayət işi açıb.

Xatırladaq ki, bu gün Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.
TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.