“Crocus City Hall”a bu qədər ziyan dəyib

24-03-2024, 00:08           
“Crocus City Hall”a bu qədər ziyan dəyib
“Terror aktı nəticəsində “Crocus City Hall”a dəymiş ziyan hər kvadratmetr üçün 250-300 min rubla yaxındır. Konsert zalının sahəsinin 38 min kvadratmetr olduğunu nəzərə alsaq, zərərin miqdarı 9,5-11,4 milyard rubl arasında qiymətləndirilə bilər”.

Bunu Rusiya Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Marat Manasyan “RİA Novosti”yə açıqlamasında bildirib.

O, “Crocus City Hall”un Moskvanın ən yaxşı, əla təchiz olunmuş konsert salonlarından biri olduğunu qeyd edib. Ekspert, həmçinin vurğulayıb ki, konsert salonunda sıradan çıxmış avadanlıqların bərpası da çətin olacaq. Çünki hazırda sanksiyalar səbəbindən bir çox zavod və fabriklərin materiallarını Rusiyaya gətirmək mümkün deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.