Erməni arvadı ilə birlikdə Krokus terrorunda həlak olan azərbaycanlı kimdir?

25-03-2024, 00:06           
Erməni arvadı ilə birlikdə Krokus terrorunda həlak olan azərbaycanlı kimdir?
“Crocus City Hall” terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var.

Referans.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb.

Lakin bu gün meyitlərin tanınması zamanı L.İsraelyanın da öldürüldüyü məlum olub. Lilitin dostlarının yazdığına görə, ər-arvad çoxdan “Piknik” qrupunun konsertinə getməyi arzulayırmışlar. Konsertə gedən zaman yaşyarımlıq övladlarını nənə-babanın yanında qoyublar.

Crocus City Hall-da terror aktı ilə bağlı ilk məlumatlardan sonra onların hər ikisi telefon zənglərinə cavab verməyib.

Lilit və Vüqar Vnukovo hava limanında işləyirdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru