Moskvadakı teraktda FSB də iştirak edib? - VİDEO

25-03-2024, 18:34           
Moskvadakı teraktda FSB də iştirak edib? - VİDEO
Martın 22-də "Crocus City Hall”-da törədilən dəhşətli terror aktı zamanı çəkilmiş bir video müxtəlif iddialara səbəb olub.

"AzPolitika" xəbər verir ki, sözügedən görüntüləri yayan bir sıra xarici "Telegram" kanalları Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşlarının hadisə zamanı tədbirin konsert proqramının keçiriləcəyi zalda olduqlarını iddia ediblər.

Qeyd olunur ki, FSB əməkdaşları olduqları iddia olunan şəxslər "təsadüfən" eyni cür geyimdə olublar. Onların əyinlərində göy rəngli cins şalvar və tünd göy rəngdə olan uzunqol köynək olub.

İddialara görə, insanlar salonu tərk etməyə hazırlaşarkən, həmin bu "göypaltarlılar" çox soyuqqanlı olublar. Videodan da məum olur ki, onlardan biri yerindən tərpənmir, digəri (17-18-ci saniyədə) bir nəfəri geri yerinə itələyir.

Digər maraq doğuran bir məqam isə odur ki, onlardan biri zaldakı ilk atəşdən bir neçə saniyə əvvəl "qapıları bağlayın" deyə qışqırır.

Sözügedən videonu təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.