Rusiyanın ən təhlükəli iki raketi - Ekspert

26-03-2024, 13:07           
Rusiyanın ən təhlükəli iki raketi - Ekspert
Rusiyanın Ukraynaya hücum etdiyi “Xəncər” və “Sirkon” - hipersəs raketlər sayılır. Bununla belə, onların bir əhəmiyyətli fərqi var, o da mühərriklərinin işləməsidir.

Bu sözləri aviasiya üzrə ekspert və Ukrayna Dövlət Aviasiya Muzeyinin aparıcı elmi işçisi Valeri Romanenko bildirib.

“Onların hər ikisi hipersəsdir. Yəni “Xəncər” şərti olaraq hipersəs raketdir, çünki öz trayektoriyası ilə səs sürəti ilə uça bilir, lakin sonra mühərriki dayananda ətalətlə uçur - sürət itir, maksimum 4 Max (4900 km/saat) təşkil edir. Bu isə hipersəs hesab edilmir. Hipersəs 5 Maxdan (6125,2 km/saat) başlayır. Ruslar üçün isə hipersəs 4,5 Maxdan başlayır”, - o deyib.

Ekspertin sözlərinə görə, “Xəncər” məsafənin çox hissəsini 4,5 Maxla uçur:

“Sirkon” isə daha təhlükəlidir, çünki onun mühərriki daha uzun müddət işləyir. Ona görə də yüksək sürəti saxlayır və onu vurmaq daha çətindir”.
axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru