"Krokus"da yanğını söndürmək niyə mümkün olmayıb?

26-03-2024, 16:24           
"Krokus"da yanğını söndürmək niyə mümkün olmayıb?
"Krokus Siti Holl"da yanğın başlayarkən yanğınsöndürmə sistemi dərhal aktivləşib və ştat rejimində işləyib.

Yenixeber.org xəbər verir ki, bu sözləri Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Rusiya Prezidenti Vladimir Putinin "Krokus Siti Holl"da baş vermiş terror aktı ilə bağlı keçirdiyi onlayn müşavirədə deyib.

“Sistem yanğının alışdırıcı vasitələrlə törədilməsi və böyük əraziyə yayılması səbəbindən yanğını söndürə bilməyib”, - nazir bildirib.

Qeyd edək ki, "Krokus Siti Holl"da terakt 22 martda baş verib. Nəticədə 139 nəfər ölüb, 100-dən çox insan yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru