Yazda vitamin çatışmazlığını aradan qaldırmaq üçün nələri yemək lazımdır?

27-03-2024, 11:08           
Yazda vitamin çatışmazlığını aradan qaldırmaq üçün nələri yemək lazımdır?
"Yazda A, D, B1, E, B12, B6, B2, K vitaminlərinin çatışmazlığı müşahidə olunur. Onların hamısı sinir və immun sisteminin işləməsi üçün lazımdır".
Sfera.az xəbər verir ki, bu fikirləri terapiya və ümumi tibbi praktika üzrə baş müstəqil mütəxəssis Oksana Drapkina bildirib.
Mütəxəssis qeyd edib ki, çatışmazlıqların qarşısını almaq üçün düzgün və müxtəlif cür qidaları qəbul etmək lazımdır. Menyuda çoxlu sayda meyvə və tərəvəz, süd məhsulları, yumurta, ət və balıq olmalıdır. Həkim izah edib ki, B qrup vitaminlərini kartof, yerkökü, taxıl məhsulları, qaraciyər və balıqdan almaq olar. A vitamini balıq qaraciyərində və balıq yağında, heyvan və quş ciyərində, yumurtada, yağda, kökdə, qırmızı bibərdə, balqabaqda, pomidorda, ərikdə, şaftalıda, armudda, qırmızı və narıncı tərəvəz və meyvələrdə olur. Balıq yağı və kəpəkli çörək məhsulları yemək isə D vitamini çatışmazlığını kompensasiya etməyə kömək edə bilir. D vitamini günəş işığının təsiri altında insan dərisi tərəfindən də istehsal olunur. E vitamini çatışmazlığını kompensasiya etmək üçün menyuya cəfəri, buğda, kələm, bitki yağları əlavə etmək lazımdır. K vitamini çatışmazlığı varsa, yarpaqlı tərəvəzlər, yulaf və itburnu yemək lazımdır. Drapkina omeqa-3 yağ turşularını əldə etmək üçün yaz aylarında pəhrizdə qoz, dəniz yosunu və qırmızı balığın miqdarını artırmağı məsləhət görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru