Bərdədə müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb - VİDEO

27-03-2024, 12:34           
Bərdədə müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb - VİDEO
Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Hacalı kənd sakini Ağgül Əhmədova deyib ki, əməkhaqqını almaq istəyərkən bank kartında pul olmadığını görüb.

Kənd məktəbində müəllim işləyən Ağgül Əhmədova bildirib ki, problemlə bağlı banka müraciət edib.

A.Əhmədova hesab edir ki, onun pensiya kartına da müdaxilə etmək istəyiblər, ancaq bu alınmayıb. O, dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru