Azərbaycana hansı ölkələrdən nə qədər pul göndərilir? - SİYAHI

3-04-2024, 18:29           
Azərbaycana hansı ölkələrdən nə qədər pul göndərilir? - SİYAHI
Ötən il Azərbaycanda yaşayan fiziki şəxslər xarici ölkələrə 550 milyon 126 min dollar, xaricdə yaşayan fiziki şəxslər isə Azərbaycana 1 milyard 654 milyard 815 min dollar dəyərində pul göndəriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2022-ci illə müqayisədə 2023-cü ildə Azərbaycanda yaşayan fiziki şəxslər xarici ölkələrə göndərdikləri pullar 17,3% və ya 114,7 milyon dollar, xaricdə yaşayan fiziki şəxslərin Azərbaycana göndərdikləri pullar isə 2,2 dəfə və ya 1,97 milyard dollar azalıb.
Ötən il Azərbaycandan xaricə göndərilən pulların 26,6%-i və ya 146,1 milyon dolları Türkiyənin, 13,5%-i və ya 74,2 milyon dolları Rusiyanın, 10,7%-i və ya 58,8 milyon dolları Gürcüstanın payına düşüb.
Xarici ölkələrdən yaşayan fiziki şəxslər tərəfindən Azərbaycana göndərilən pulların isə 63,3%-i və ya 1 milyard dolları Rusiyanın, 9,9%-i və ya 164,3 milyon dolları Türkiyənin, 4,5%-i və ya 73,8 milyon dolları ABŞ-nin payına düşüb.
Onu da qeyd edək ki, 2022-ci ildə Azərbaycana göndərilən pulların 82%-i və ya 2 milyard 969 milyon dolları Rusiyadan daxil olub. Son bir ildə Rusiyadan Azərbaycana göndərilən pullar təxminən 3 dəfə azalıb.
Azərbaycana gələn və Azərbaycandan göndərilən pulların tam siyahısı aşağıdakı kimidir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru