Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

15-05-2024, 17:04           
Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ
“Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir”.

Bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib.

“İlk növbədə, qida rasionundan yağlı, ədviyyatlı, duzlu, turş, çox soyuq və ya isti qidaları xaric etmək tövsiyə olunur. Bütün bunlar boğazın arxa divarının qıcıqlanmasına səbəb ola bilər. Həmçinin müəyyən içkilərdən istifadə etmək də tövsiyə edilmir. Bunlara qazlı, spirtli və isti içkilər, turş şirələr daxildir”, - deyə həkim izah edib.

Otorinolarinqoloq qeyd edib ki, boğaz ağrısı zamanı siqaretdən də çəkinmək lazımdır. Tütün tüstüsünün zəhərli komponentləri ağız-udlağın selikli qişasına pis təsir edir, onu zədələyir və iltihaba səbəb olur.
Zirkuyeva əlavə edib ki, həkimlə məsləhətləşmədən antibiotik qəbul etmək, inhalyatorlardan və ya spirt tərkibli spreylərdən istifadə etmək olmaz, çünki bu, boğazda şişkinlik və təhlükəli ağırlaşmalara səbəb ola bilər.

“Boğaz ağrısından qurtulmaq üçün qarqara etmək, ağrını yüngülləşdirmək və su balansını qoruyub saxlamaq üçün xüsusi sovurma pastillərdən istifadə etmək olar”, - deyə otorinolarinqoloq yekunlaşdırıb.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.