Ət niyə ucuzlaşmır? (VİDEO)

15-05-2024, 12:24           
Ət niyə ucuzlaşmır? (VİDEO)
Hər il yaz mövsumündə ucizlaşan ətin bu dəfə qiyməti enmir.

Hazırda bazarlarda quzu əti 18-19 manata, dana əti isə 14-15 manata təklif olunur.

Satıcılar deyirlər ki, ətin qiyməti qalxmaqda davam edəcək, çünki yem bahadır, mövsümü ucuzlaşma isə gözlənilmir.

Satıcıların sözlərinə görə, bahalığın səbəblərindən biri də bazar alverçilərinin fəallaşmasıdır. Bu gün fərdi təsərrüfatlarda yetişdirilən hey­vanları birbaşa satmaq, demək olar ki, mümkün deyil. Çünki alverçilər buna imkan vermirlər. Onlar da aldıqları heyvana əlavə qiymət qoyurlar.

İqtisadçı Elman Sadıqov deyir ki, Azərbaycanın idxaldan asılılığı artır. Elə buna görə də ətin qiymətinin mövsümü ucuzlaşması real görünmür.

Ekspertlər hesab edirlər ki, Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər. Bu zaman qiymətlərdə ucuzlaşma daha çox müşahidə edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru