BİZDƏN NƏ DANIŞIRLAR? - Dünya mediası ölkəmiz haqqında nə yazır, nələri müzakirə edir?

28-05-2024, 15:34           
BİZDƏN NƏ DANIŞIRLAR? - Dünya mediası ölkəmiz haqqında nə yazır, nələri müzakirə edir?
Baku TV yeni layihəsini təqdim edib. Jalə Ədilovanın təqdimatında "Bizdən nə danışırlar?" verilişi efirə gedib.

Verilişdə son bir həftədə xarici media resurslarında ölkəmiz və onun lideri haqqında nələrin yazıldığına, nələrdən danışıldığına, hansı məqamların müzakirə olunduğuna nəzər yetirilib. Qeyd olunub ki, İranın Azərbaycandakı səfirliyinin "Telegram" kanalı "İlham Əliyev İranın Azərbaycandakı səfirliyində İran prezidenti və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib" sərlövhəli paylaşım edib.

Paylaşımda dövlət başçısının İranın Bakıdakı səfirliyinə gələrək İran Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verdiyi qeyd olunub. Bununla yanaşı, Prezident İlham Əliyevin helikopter qəzasında həyatını itirən İran prezidenti və digər dövlət rəsmiləri ilə bağlı ürək sözlərini yazdığı bildirilib.

Böyük Britaniyanın "JAM News" nəşri yazır ki, Bakının bütün Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına meyilli olmasının lehinə heç bir tutarlı arqument yoxdur. Məqalədə erməni politoloq Tiqran Qriqoryanın Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı fikirləri dərc olunub. Rusiyanın "Bunin & Co" "Telegram" kanalı "Lukaşenkonun Azərbaycana səfəri postsovet dövlətlərinin xarici siyasət trayektoriyaları ilə bağlı daha ümumi məsələləri də gündəmə gətirdi. İnteqrasiya qurumlarına üzvlük ikitərəfli münasibətlərdən nə dərəcədə əhəmiyyətlidir?" deyilən yazıda Aleksandr Lukaşenkonun Azərbaycana səfərinə və onun İkinci Qarabağ müharibəsini azadlıq uğrunda müharibə adlandırması qeyd edilib.

Fransanın "Nachrichten.fr" nəşri yazır ki, əgər Fransa, həqiqətən də, COP29-u boykot edərsə, bu, qlobal iqlim danışıqlarına təsir edə bilər. Məqalədə fransalı siyasətçi Xavier Bertrand Fransanı COP29-u boykot etməyə çağırır. O, bu barədə "Radio J"nin efirində bildirib:

"Əgər Fransa, həqiqətən də, COP29-u boykot edərsə, bu, qlobal iqlim danışıqlarına təsir edə bilər. Konfrans iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımdır, boykot isə həm diplomatik gərginliyi artıra, həm də iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq səviyyədə fəaliyyətə mane ola bilər".

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.