Həbib Nurməhəmmədovun vergi borcunun məbləği AÇIQLANDI
12-06-2024, 16:04
"Ultimate Fighting Championship"in (UFC) yüngül çəkidə keçmiş məğlubiyyətsiz çempionu Həbib Nurməhəmmədovun Rusiya Vergi Xidmətinə 309,7 milyon rubl (təxminən altı milyon manat) borcu var.
Bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.
Bildirilib ki, may ayında borcun məbləği 306 milyon rubl təşkil edib və bir ay ərzində 3,5 milyon artıb.
Eyni zamanda Həbib Nurməhəmmədovun qohumlarında da bununla bağlı problemlərin aşkarlandığı və Federal Vergi Xidmətinin qohumların da hesablarını blokladığı bildirilib.
"Bizə məlum olduğu kimi, vergi orqanları Nurməhəmmədovun qohumu Umara məxsus iki şirkətdə hesabları bloklayıb. Bu, tikinti şirkəti və kənd fermasıdır. Borc isə 271 milyon rubl (beş milyon manatdan çox) təşkil edir", - deyə məlumatda qeyd edilib.