"Windows"da yeni boşluq: "Wi-Fi" vasitəsilə kompüterləri sındırmağa imkan verir

21-06-2024, 18:34           
"Windows"da yeni boşluq:
"Microsoft" "Windows 11" və "Windows 10"da istifadəçiləri ümumi "Wi-Fi" şəbəkələrinə qoşulduqda risk altına sala biləcək kritik zəiflik müəyyən edilib.

Bu barədə "The Register" xəbər verir.

Nasazlıq (CVE-2024-30078) hakerlərə ictimai istifadə yerlərində, məsələn, hava limanlarında, kafelərdə, mehmanxanalarda və ofislərdə eyni şəbəkəyə qoşulmuş cihazlarda zərərli paketləri işə salmağa imkan verir. Hücumçular istənilən autentifikasiya və ya istifadəçi ilə qarşılıqlı əlaqə olmadan sistemə uzaqdan əmrlər yerinə yetirə və giriş əldə edə bilirlər.

Şirkət rəhbərlərinin sözlərinə görə, problem əməliyyat sisteminin yenilənməsində aradan qalxıb.

Qeyd edək ki, "Windows 11" "Microsoft"un ən yeni əsas əməliyyat sistemi versiyasıdır, 5 oktyabr 2021-ci ildə buraxılıb. O "Windows 10"un (2015-ci ildə buraxılıb) əvəzinə gəlib və bu əməliyyat sisteminin olduğu istənilən cihaz üçün pulsuzdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru