Dünyanın ən məşhur brendlərinin səhmləri kəskin azalıb

20-07-2024, 09:24           
Dünyanın ən məşhur brendlərinin səhmləri kəskin azalıb
Fransız lüks dizayn markası “Hermes”in səhmləri bu həftə bazarda görünən mənfi atmosferdən təsirlənib.

İndex.az xəbər verir ki, “Hermes”in səhmlərinin dəyər itkisi 5%-i ötüb. Şirkət ilin birinci yarısı üzrə maliyyə nəticələrini iyulun 25-də açıqlayacaq.

Fransız lüks istehlakçı qrupu “Louis Vuitton Moet Hennessy”nin səhmləri həftəyə yüzdə 2,5 azalma ilə başlayıb və həftə ərzində itkilərini davam etdirib.

İtalyan lüks moda markası “Christian Dior”un səhmləri həftənin ilk günündə yüzdə 2,3 azalaraq davam edən satışlarla yüzdə 5-ə yüksəldi. İtalyan moda brendi “Prada”nın səhmləri bazardakı mənfi atmosferə görə 5%, ABŞ-lı Ralf Lauren isə 7% dəyər itirib.

İsveçrədə yerləşən zərgərlik, aksesuar və geyim şirkəti “Richemont”un səhm itkiləri də 3,5%-i keçib.

İyun ayında ilin ilk rübünün maliyyə nəticələrini açıqlayan lüks moda şirkəti “Calvin Clein”in səhmləri həftə ərzində 7 faizə qədər dəyər itirib. “Calvin Clein”, ilin ilk rübündə gəlirinin 10% azaldığını və azalmanın ilin qalan hissəsində də davam edəcəyini gözlədiyini açıqladı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru