Gündə nə qədər çips və digər "zərərli" qidalardan yemək olar?

14-08-2024, 17:58           
Gündə nə qədər çips və digər "zərərli" qidalardan yemək olar?
Əksər diyetoloqlar bir sıra qidaları "zərərli" adlandıraraq insanlara qadağalar qoyurlar. Bura çips, kreker, qəlyanaltılar, qazlı içkilər və digər dadlı, lakin "qeyri-sağlam" qidalar daxildir.Foodinfo.az xəbər verir ki, diyetoloq və endokrinoloq Yulia Atamanova qidaları "zərərli" və "sağlam" adlandırıb ayırmağın əleyhinədir.O, çox miqdarda cips, şirniyyat və qazlı içkilərin çəki atmağa və ümumilikdə sağlam qalmağa mane olduğunu etiraf etsə də, insanın “xoşbəxt olmaq üçün” də yeməli olduğunu iddia edir. Lakin, onun fikrincə, "sevindirən" qidalar gündəlik kalori qəbulunun 10%-dən çox olmamalıdır (orta hesabla gündə 200-300 kkal).Belə yeməklər gündə bir dəfə, əsas yeməkdən sonra, sakit şəraitdə, dadından maksimum həzz alaraq yeyilməlidir. Bunun üçün bütün qacetləri kənara qoyub yeməyin dadına fokuslanmaq daha yaxşıdır.Porsiyanı da öncədən məhdudlaşdırmaq lazımdır (məsələn, şokoladdırsa, boşqabınıza yalnız bir neçə dilim qoyun, çipsdirsə, bir miqdarını kiçik qabda götürün, qalanını gizlədin). Unutmayın ki, bizim zövq almağımız üçün çox vaxt cəmi bir konfet kifayət edir. Amma onu ac və ya tələsik yedikdə yediyimizin fərqinə varmırıq və ləzzətini çıxarmaq üçün daha çoxuna ehtiyac yaranır.Şirin qəhvənin də ayrıca bir desert olduğunu anlamaq vacibdir. Əgər böyük fincanda şəkərli qəhvə içmisinizsə, deməli, həmin günün şirniyyat limitini doldurmusunuz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.