Qəhvə hansı halda insan sağlamlığına zərərdir? – ARAŞDIRMA

15-08-2024, 17:28           
Qəhvə hansı halda insan sağlamlığına zərərdir? – ARAŞDIRMA
Alimlər müəyyən ediblər ki, gündə üç və ya daha çox fincan qəhvə içmək insanın idrak qabiliyyətinin azalmasına səbəb ola bilər.

Tribunainfo.az “Heltline”a istinadən xəbər verir ki, insan bunu ancaq yaşla hiss edə bilər.

Qəhvə və çayın 60+ yaş qrupunda olan insanların beyin fəaliyyətinə necə təsir etdiyini öyrənmək üçün araşdırma aparılıb. İndi isə araşdırmalar göstərib ki, gündə üç və ya daha çox fincan qəhvə içən insanlar yaşlandıqca koqnitiv zəifləmə riskinə daha çox həssas olurlar.

Bu insanlar daha az qəhvə içən və ya pəhrizinə qəhvə daxil etməyənlərlə müqayisədə yaddaş, düşünmə və qərar qəbul etmə ilə bağlı problemlərə daha çox meyllidirlər. Çay qəhvədən fərqli olaraq beyni daha çox qoruyur. Gün ərzində tez-tez çay içənlərin zehni qabiliyyətləri qocaldıqca daha az azalır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.