Bu balığın kiloqramını Norveçdən 24, Türkiyədən 180 manata alırıq – QİYMƏTLƏR

29-08-2024, 10:54           
Bu balığın kiloqramını Norveçdən 24, Türkiyədən 180 manata alırıq – QİYMƏTLƏR
Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 34,53 ton qızılbalıq gətirilib.
Tribunainfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda balığın idxalına 485,21 min ABŞ dolları vəsait xərclənib. Bu dövrdə ən çox qızılbalıq Norveçdən alınıb. Belə ki, bu ölkədən idxal olunan qızılbalığın miqdarı 34,22 ton olub. Norveçdən alınan qızılbalığın 1 kiloqramının orta gömrük dəyəri 23,6 manat olub.
Bununla yanaşı Danimarkadan idxal olunan qızılbalığın 1 kiloqramının orta gömrük dəyəri 44,2 manat, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığından alınan qızılbalığın bir kiloqramının orta gömrük dəyəri 29,6 manat, Türkiyədən alınan qızılbalığın bir kiloqramının orta gömrük dəyəri 179,52 manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru