100 yaşını keçənlərin istifadə etdikləri 4 qida - Süfrəsindən əskik etməyənlər uzun yaşayır - FOTOLAR

15-10-2024, 15:04           
100 yaşını keçənlərin istifadə etdikləri 4 qida - Süfrəsindən əskik etməyənlər uzun yaşayır - FOTOLAR
Uzun və sağlam yaşamağın yolu gündəlik sağlam vərdişləri mənimsəməkdən keçir. Xüsusilə sağlam qidalanma sağlam və davamlı bədənin qızıl açarıdır. Uzun ömrün sirri genetik xüsusiyyətlərimizə bağlı asılı olsa da, müəyyən qidaları qəbul etməklə daha güclü və sağlam ola bilərsiniz.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, araşdırma 100 yaşdan yuxarı insanların istehlak etdiyi 4 qidanı ortaya çıxarıb.

Yaşı 100-dən yuxarı olan insanların sirri hamı tərəfindən araşdırılır.

Avropa Qida Təhlükəsizliyi Təşkilatı və MDPI tərəfindən dərc edilən araşdırmaya görə, 100 yaşdan yuxarı insanların sağlam və uzun ömür sürməsinə töhfə verən 4 qida müəyyən edilib.
Lobya, şirin kartof, zeytun yağı və qaragilə kimi qidalar qocalmanı gecikdirən və bədən sağlamlığını qoruyan əsas qida maddələri kimi diqqəti cəlb edir.

100 yaşını geçenlerin tükettiği 4 besin: Sofrasından eksik etmeyen uzun yaşıyor - 4Sağlam yağlar deyildikdə ilk ağıla zeytun yağı gəlir. Aralıq dənizi qidalanma növü ilə eyniləşdirilən zeytun yağı sağlam yağlarla zəngindir və ürək xəstəliklərinin qarşısını alır.

100 yaşını geçenlerin tükettiği 4 besin: Sofrasından eksik etmeyen uzun yaşıyor - 5

Zeytun yağı iltihab əleyhinə təsirə malikdir və beyin sağlamlığını dəstəkləyir. Həm də həzm sisteminin rahatlamasına və bağırsaqların işləməsinə kömək edir.

Şirin kartof Yaponiyanın Okinava şəhərində uzunömürlü insanların pəhrizində əsas qidalardan biridir. Şirin kartof aşağı glisemik indeksi, yüksək antioksidant tərkibi və beta-karotin zənginliyi ilə bədən sağlamlığını ciddi şəkildə qoruyur. Şirin kartof istehlakı immuniteti gücləndirir və xroniki xəstəliklər riskini azaldır.

Lobya Aralıq dənizi pəhrizinə tez-tez daxil edilən qidalardan biridir. Yüksək lif mənbəyi olan lobya, güclü bitki mənşəli protein mənbələrindən biridir. Müntəzəm olaraq lobya yemək ürək sağlamlığını dəstəkləyir. Yüksək lif mənbəyi olduğu üçün bağırsaq sağlamlığını da yaxşılaşdırır.

100 yaşını geçenlerin tükettiği 4 besin: Sofrasından eksik etmeyen uzun yaşıyor - 8

Qaragilə yüksək antioksidant tərkibi ilə tanınan, qocalma əleyhinə xüsusiyyətləri və hüceyrə zədələnməsini bərpa edən təsirləri ilə uzun ömrün bir parçası olduğu göstərilir. Qaragilə istehlakının xüsusilə beyin sağlamlığına müsbət təsirləri aşkar edilmişdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.