Bu il Azərbaycanda hansı məhsulların istehsalı AZALIB? – RƏSMİ STATİSTİKA
15-10-2024, 18:47
Azərbaycanda bu il bir çox məhsulların emalı 50 faizə qədər azalıb. Belə ki, məhsul istehsalı neft-qaz sektorunda sadəcə 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb.
Ən çox hansı məhsulların istehsalı azalıb?
Bizim.Media Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, istehsalı azalan məhsullar arasında əczaçılıq məhsulları, avtomobil, kompüter, mebel və elektrik avadanlıqları da var.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 faiz, nəqliyyat vasitələrinin istehsalı 52,8 faiz, əczaçılıq məhsullarının istehsalı 47,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 42,9 faiz, hazır metal məmulatlarının istehsalı 38,1 faiz, mebel istehsalı 35,8 faiz, elektrik avadanlıqlarının istehsalı 34,1 faiz azalıb.
İstehsalı artan məhsullar
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,1 faiz artıb.