ADU-nun tələbələri niyə 3 aydır təqaüd ala bilmirlər? - AÇIQLAMA

Bu gün, 10:26           
ADU-nun tələbələri niyə 3 aydır təqaüd ala bilmirlər? - AÇIQLAMA
Bir aydır yeni tədris ili başlasa da, Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri təqaüdlərini almayıblar. Redaksiyamıza müraciət edən tələbələr iyul, avqust, sentyabr, həmçinin oktyabr ayının da tələbə təqaüdünün verilmədini bildiriblər. Ümumiyyətlə Azərbaycan universitetlərində tələbə təqaüdlərinin gecikdirilməsi halı vaxtaşırı baş verir.

Azərbaycan Dillər Univeristeti (ADU) həmin təhsil müəssisəsində oxuyan tələbələrin təqaüdlərinin gecikməsinə aydınlıq gətirib.

TEREF xəbər verir ki, universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Bizim.Media-ya açıqlamasında bildirib ki, yaxın günlərdə tələbələrin təqaüdləri ödəniləcək:

“Gecikməyə səbəb yeni tədris ilinin yeni başlaması idi, yaxın günlər ərzində təqaüdlərin hamısı veriləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.