Gələcəyi dəyişdirəcək maddə tapıldı: Qramı 244 milyon manat - FOTO

17-10-2024, 11:08           
Gələcəyi dəyişdirəcək maddə tapıldı: Qramı 244 milyon manat - FOTO
İngiltərənin Oksford Universitetinin alimləri dünyanın ən bahalı maddəsini açıqlayıblar.

Ölkə.Az xəbər verir ki, söhbət Azot Atom Əsaslı Endohedral Fulleren adlı maddədən gedir.
Sözügedən universitetin alimləri tərəfindən hazırlanan nadir maddənin 1 qramı 110 milyon (167 milyon dollar və ya 243 milyon 362 min 832 manatdan çox) funt sterlinqdir.

Materialın niyə bu qədər qiymətli olması maraq doğurur.

Oksford Universitetinin açqılamasında qeyd olunub ki, Endohedral Fulleren texnologiyanın gələcəyini tamamilə dəyişdirə bilər.

Alimlər bu yeni materialın son dərəcə dəqiq atom saatları istehsal etmə ehtimalını həyəcan verici hesab edirlər. Ənənəvi atom saatları adətən otaq ölçüsündə olur və atomların titrəyişlərindən istifadə edərək vaxtı ölçür. Oksford alimləri hazırladıqları bu texnologiya ilə atom saatlarını cib telefonlarına uyğun ölçülərə endirməyi hədəfləyir.

Alimlər bildirirlər ki, bu yeni material xüsusilə sürücüsüz nəqliyyat vasitələri üçün böyük bir inqilab yarada bilər. Hazırda GPS sistemləri bir neçə metrə qədər dəqiqliyi təmin edə bilir ki, bu da avtonom avtomobillərin təhlükəsiz idarə olunması üçün kifayət etmir.

Ancaq mini atom saatları ilə bu dəqiqliyi millimetrə qədər azaltmaq olar. Bu yolla, avtonom nəqliyyat vasitələri hətta tunellərdə və ya zəif GPS siqnal sahələrində belə təhlükəsiz şəkildə izlənilə bilər və sürücülük nəzarəti daha təhlükəsiz ola bilər.

Araşdırmalar hələ də davam edir və bu texnologiyanın gündəlik həyatımıza daxil olması bir neçə il çəkə bilər. Bununla belə, mobil telefonlarda daşınan atom saatlarının istifadəsi yerin aşkarlanması və naviqasiya kimi sahələrdə böyük dəyişikliklərə səbəb ola bilər.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.